Ali Radanın qadağası konstitusiya pozuntusudur? - Əcnəbi və yerli ekspertdən RƏY

“Ali Rada təhsil, orta təhsil və dil haqqında qanunları qəbul edərkən Ukrayna konstitusiyasını pozub”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ukraynadakı rus icmasında çalışan politoloq Konstantin Şurov səsləndirdi. Onun fikrincə, 3 – “Təhsil, orta təhsil və Ukrayna dili” qanunlarının qəbulu zamanı Ali Rada ölkənin konstitusiyasının təxminən 4 maddəsini pozub.

 


MÖVZU İLƏ BAĞLI:

Ukraynada başqa dildə danışmaq olmaz – Ali Radadan qərar


Konstantin Şurov əlavə etdi ki, Ali Rada deputatlarının “Ukranizasiya” adlandırdığı qanunlar Kiyevin imzaladığı 12 beynəlxalq razılaşmanın da şərtlərinə  ziddir.

Politoloq Nəzakət Məmmədovanın fikrincə, rus dilinə tətbiq olunan məhdidiyyətlərin kökündə siyasi məqsədlər dayanır.

"Hələ ötən ilin dekabrında Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi A. Danilov bununla bağlı fikirlər səsləndirib. Bu da onunla bağlı idi ki, Moldova parlamenti rus dilinə millətlərarası dil statusu verib. Kiyevdə məktəblərdə rus dili dərslərinin azaldılması məsələsi gündəmə gəlib.

Lakin Ukraynanın şərq hissəsində, xüsusilə Donbasda rusdilli əhali arasında buna görə narazılıq artıb. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı sorğuya əsasən, Ukrayna əhalisinin 49,8 faizi rus dilinin inkişafının tərəfdarıdır. Bu da onu göstərir ki, rus dilinə münasibətdə ölkə əhalisi demək olar ki, yarıbayarı fikir ayrılığı yaşamaqdadır."

Politoloqun fikrincə, rus dilinə münasibət Rusiyaya münasibətlə assosiasiya olunur.

"Bununla da Kiyev Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasətə cavab verməyə çalışır",- deyə N.Məmmədova fikrini tamamladı.

Qeyd edək ki, Ukrayna Konstitusiyası 1996-cı ildə Kuçmanın dövründə qəbul edilib və sənədə 2004-cü ildə dəyişiklik olunub. 2009-cu ildə Yuşşenko Ukrayna Konstitusiyasını tamamilə yeniləmək istəyirdi. Amma Rada bu təşəbbüsü dəstəkləməyib.

Daha sonra Yanukoviç Kuçmanın islahatlarını ləğv edərək, konstitusiyanı ilkin formasına qaytarıb. Lakin Poroşenko çevrilişindən sonra Ukrayna sənədin 2004-cü il versiyasına geri dönüb. Bununla yanaşı 2014-cü ildə Poroşenko konstitusiyanı yeniləyib. Roşen kralı Ukrayna konstitusiyasında 2016-cı il yeniliklərinin də müəllifidir.

Əlbəttə ki, Zelenskinin də konstitusiya daxil etdiyi dəyişiklikləri və bu yeniliklərin Ali Radada qəbul edildiyini unutmaq olmaz.

Problem ondadır ki, bəzi ruspərəst ictimai-siyasi xadimlər Ukraynada irəli sürülən qadağaları qanunsuzluq sayır. Səbəb isə, onların Ukrayna konstitusiyası kimi sonralar Yanukoviçin də bərpa etdiyi 1996-cı ildəki ilkin sənədi tanımalarıdır.

Yəni Kiyevin Ali Qanunvericilik Aktına sonrakı müdaxilələrini Kreml siyasətinin tərəfdarları qəbul etmir.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Dünən ən çox sevinən onlar idi – VİDEO

Dünən ən çox sevinən onlar idi – VİDEO

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

End of content

No more pages to load

RADİO