Azərbaycan Zəngəzurda nə qədər ərazini geri alıb – STATİSTİKA

Sürətli və sarsıdıcı qələbə Azərbaycana Ermənistanla münasibətdə daha qətiyyətli diplomatik mövqe ortaya qoymaq imkanı yaradıb.

Moskvadakı üçtərəfli görüş də bundan xəbər verirdi. Görüşə qədər isə Zəngəzurda zəbt olunan torpaqların bir hissəsinin Azərbaycana qaytarılması prosesi başlamışdı. Məğlubiyyət faktı Ermənistanı yeni reallıqla üz-üzə qoyub.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzurda ermənilər təlaş içində - Azərbaycanlılar gəlir


Bizim.Media xəbər verir ki, ələ keçirilən ərazilərin itirilməsi xəbərlərini Ermənistan cəmiyyəti böyük həyəcanla izləyir. Ölkə saytları həmin yerlərdən reportajlar hazırlayır, ard-arda xəbərlər verir. Zəngəzurdakı əhalinin sarsıldığı müşahidə edilir. Etiraz aksiyaları keçirilir, yolları bağlayırlar… Azərbaycan tərəfi isə təhvil-təslim prosesini bütün prinsiplərə uyğun aparır.

Ermənistanın ombudsmanı Arman Tatoyan mətbuat konfransı keçirərək Azərbaycana təhvil verilən torpaqlardan danışıb. O, əhalinin prosesdən zərər çəkdiyini deyib.

“Tex icmasına daxil olan Xoznavar (Xəzinəvar – red.), Xnatsax (Xanazax – red.) kəndlərində 2 min hektara qədər ərazi itirmişik. Şurnuxuda 11 ev düşmənə verilib. Vorotanda (Urud – red.) şəxsi torpaq sahəsi və icmanın mülkiyyəti sayılan ümumilikdə 236 hektar əldən gedib.

İcraiyyə komitəsinin verdiyi ərazilərdə tikilən 18-20 bağçılıq evləri də itirilib”,- deyə ombudsman bildirib.

Tatoyanın siyahısı bununla bitməyib. Ombudsman Əkərəkdə 60, Yeğvardda 160, Çakatendə 155 hektar ərazinin Azərbaycana təhvil verildiyini deyib. Tatoyanı narahat edən məsələ odur ki, siyahı getdikcə uzanır. O, Geqarkunikdə (Aşağı Qaranlıq – red.) də vəziyyətin yaxşı olmadığını deyib. Burada da bəzi ərazilərin təhvil verilməsindən söhbət gedir.

Qarabağda əməliyyatlar dayanandan, noyabrın 10-da üçtərəfli razılaşma imzalanandan sonra sərhədlərin yenidən müəyyənləşdirilməsinə başlanılıb. Bu halda Zəngəzurdakı bir çox ərazilər Azərbaycana təhvil verilməlidir. Çünki Ermənistan Qubadlı və Zəngilan rayonlarının bir hissəsini Sünik vilayəti adlanan (Zəngəzur – red.) inzibati ərazinin nəzarətinə verib.

Böyük ehtimalla rəsmi İrəvan həmin rayonların geri qaytarılacağı halda Azərbaycandan istənilən halda torpaq qopartmaq məqsədinə görə belə addım atıb. Amma Azərbaycan üçtərəfli razılaşmada bu amili nəzərdən qaçırmayıb. Buna görə Zəngəzurda bir çox kəndlər boşaldılır, ərazilər Azərbaycana qaytarılır. (Bizimyol.info)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölməzlik arxasınca qaçan amerikalı xəstə imiş - FOTO

Ölməzlik arxasınca qaçan amerikalı xəstə imiş - FOTO

Evlərinin çardağında sərvət varmış - 100 il sonra tapıldı

Evlərinin çardağında sərvət varmış - 100 il sonra tapıldı

72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

FIFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

FIFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

40 yaşdan sonra kişilər bunu etməlidir

40 yaşdan sonra kişilər bunu etməlidir

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

End of content

No more pages to load

RADİO