Rusiya XİN: "Moskva heç vaxt yeddi rayonun verilməsini təklif etməyib"

"Rusiya Azərbaycana Qarabağı statusunu nəzərə almadan yeddi rayonun verilməsini heç vaxt təklif etməyib”.

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi səlahiyyətli səfiri İqor Popov Nikol Paşinyanın “44 günlük müharibənin mənşəyi” məqaləsi  ilə bağlı fikir bildirərkən deyib.

O, qeyd edib ki, Rusiyanın yeddi rayonu boş yerə qayatrmağı, statusu unutmağı təklif etdiyini iddia etmək doğru deyil.

Popovun sözlərinə görə, Rusiyanın son təklifi 2019-cu ilin iyununda tərəflərə verilmiş mərhələli nizamlama planı olub. Kazan sənədinə əsasən üst - üstə düşən bu planın təməlində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri dayanır, onların arasında birinci mərhələdə Azərbaycana beş rayonun, ikinci mərhələdə isə iki rayonun geri qaytarılması var.

Diplomat həmçinin qeyd edib ki, Ermənistanın maraqlarını əks etdirən digər elementlər arasında Dağlıq Qarabağ əhalisinin tam həyat fəaliyyətinin təşkili, Dağlıq Qarabağ nümayəndələrinin ATƏT-in iclaslarında iştirakının təmin edilməsi, blokada hallarının aradan qaldırılması, sərhədlərin açılması, tərəflərin güc tətbiq etməmək barədə öhdəliklərinin qəbul edilməsi olub.

Ərazilərin statusu məsələsini şərh edən Popov son illərdə danışıqlar masasının üzərində tərəflərin razılaşdırdıqları müddətdə BMT və ya ATƏT-in himayəsi ilə Dağlıq Qarabağ əhalisinin öz müqəddaratını təyin etməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ümumxalq səsverməsinin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsini nəzərdə tutan təkliflərin dayandığına diqqət çəkib. 

"Yeri gəlmişkən, Laçın dəhlizinin eni və statusu yalnız ikinci mərhələdə Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasından sonra nəzərdən keçirilirdi", - deyə o əlavə edib.

Popov vurğulayıb ki, danışıqlar İrəvan yeni yanaşmaları ortaya atanadək, yəni 2018-ci ilə qədər müntəzəm olaraq davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Dünən ən çox sevinən onlar idi – VİDEO

Dünən ən çox sevinən onlar idi – VİDEO

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

End of content

No more pages to load

RADİO