Ukrayna Prezidenti Vladimir Zelenski bir daha Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu vurğulayıb.
Bizim.Media UNİAN-a istindən xəbər verir ki, o, qədər çətin olsa da, müharibəni bitirmək üçün hər fürsətdən istifadə edəcəyini deyib.
“Rusiya müharibəni bitirmək istəyirsə, onlar danışıqlar masası arxasına əyləşməlidir. Danışıqlar masası Ukraynasız mümkün deyil. Ona görə də bu birbaşa aparılmalıdır. Biz həm vasitəçilərlə, həm də vasitəçilərsiz danışa bilərik. Əgər Rusiya müharibəni bitirməyə və ərazilərimizi tərk etməyə hazırdırsa, mən şəxsən hər an belə formata hazıram”, - deyə V.Zelenski bildirib.
Bizim.Media