Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

27 mart böyük şəxsiyyətlərin, dünya şöhrətli ulduzların doğum günü qeyd olunan tarixdir. Sanki bu tarix qızıl statusunu almaq üçün yarışa girib. 

Bu gün dünya şöhrətli violençelist, dirijor, SSRİ xalq artisti, Qremmi mükafatı laureatı Mistislav Rastropoviçin ad günüdür.

Mstislav Rostropoviç 1927-ci ildə Bakıda dünyaya gəlib. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirib. İkinci dünya müharibəsi illərində ailəsi Moskvaya köçüb. 1950-ci ildə isə cəmi 23 yaşında o zaman Sovetlər Birliyində ən ali mükafat hesab olunan Stalin mükafatına layiq görülüb. Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovetlər İttifaqını tərk edərək ABŞ-yə yollanıb.
 

Ümumilikdə 50-yə yaxın mükafata layiq görülüb, ən yaxşı kamera musiqi ifaçısı nominasiyasında Gremmi mükafatı alıb. 


Bu gün anadan olmuş daha bir musiqiçi Meraya Keri də Qremmi mükafatçısıdır, həm də beşqat. 1969-cu ildə anadan olmuş Keri həm də mahnı müəllifi, prodüser, aktrisa, sahibkar və xeyriyyəçidir. O, beş oktavalı vokal diapazonu, melismatik oxuma tərzi ilə tanınır ki, bu da ona Ginnesin Rekordlar Kitabına "Songbird Supreme" titulunu qazandırıb. 

Daha bir şöhrətli sənətçi Kventin Tarantino da 1963-cü ilin 27 martında doğulub. Hollivud rejissoru, aktyoru və prodüseridir. Kventin Tarantino fəaliyyəti dövründə Oskar mükafatı, Qızıl Palma Budağı, Qızıl Qlobus mükafatlarını qazanıb. Çəkdiyi filmlər arasında "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Billi öldürmək" (2003), "Şərəfsiz əclaflar" (2009) daha məhşurdur. 
 

Bu gün həm də səhiyyə sisteminin vazkeçilməzi olan rentgen cihazının yaradıcısı alman fizik Vilhelm Konrad Rentgen doğulub. Adını daşıdığı şüaların kəşfi ilə Nobel mükafatı alıb. 


Tədqiqatları pyezoelektrik və piroelektrik xassələrinə, onlarda elektrik və optik hadisələr arasındakı əlaqəyə və maqnetizmə aiddir. X-şüalarını (rentgen şüaları) kəşf etmiş, ilk rentgen borusunu yaratmışdır. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

End of content

No more pages to load

RADİO