“Torpaqları versəydik, hər şey indikindən yaxşı olardı” - Paşinyanın etirafları

“Qarabağ probleminin çözülməsində açar rolunu oynayan hadisələrdən biri 1996-cı ildə baş tutan Lissabon sammiti olub.”

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan erməni mətbuatında dərc olunan məqaləsində ifadə edib.

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan 104 milyonu hara xərcləyib? - Ermənistanda qalmaqal böyüyür



Erməni liderin sözlərinə görə, həmin sammit Ermənistanın dünyada necə tənha olduğunu göstərdi.

Paşinyan bütün oxşar tədbirləri Ermənistanın diplomatik uğursuzluğu adlandırıb. “Çünki Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ərazi və sərhəd probleminə çevirməyi bacardı”.

Xatırladaq ki, 1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı keçirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edilib. Ulu öndər Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail olub.

Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəkləyib.

Bu prinsiplər Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsindən ibarət idi. Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu.

Ermənistanın baş naziri məqaləsində qeyd edir ki, “2011-ci ildə Serj Sarqsyan 7 rayonu Azərbaycana qaytara bilərdi, lakin rəsmi Bakı Kazan sənədlərinə imza atmadı”.

Ümumiyyətlə, prezident İlham Əliyevin böyük qələbədən qabaq dəfələrlə vurğuladığı kimi, Ermənistan danışıqlar prosesini pozmağa çalışır və hazırlanan müvafiq sənədə qol çəkmir. Paşinyan isə, məqaləsində qeyd edir ki, 2011-ci ildə Azərbaycan tərəfi problemin həlli ilə bağlı razılaşmanı imzalamadı. Sual yaranır – Niyə!? Çünki həmin sənəddə münaqişənin həll olunmasını əhatə edən baza prinsiplər pozulmuşdu. Həmin razılaşmaya görə, Azərbaycanın 7 rayonu geri qaytarılacaq, Dağlıq Qarabağa isə müvəqqəti status veriləcəkdi.

Bakı bu diplomatik uğursuzluğa imza atmazdı, çünki hələ 1996-cı ildə keçirilən Lissabon sammitində ulu öndər Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsiplərin açıq şəkildə dəstəklənməsinə nail olmuşdu. 

“2013-2015-ci illərdə konfliktin həlli ilə bağlı Rusiya yeni prinsiplər hazırladı və 5+2 sxemi 7 rayonun Azərbaycana qaytarılmasını özündə ehtiva edən sənəddə Dağlıq Qarabağ məsələsinə toxunulmamışdı.

Bu səbəbdən 2016-cı ilin yanvarında İrəvan bu razılaşmadan imtina etdi və bir neçə ay sonra aprel döyüşləri baş verdi” deyən Paşinyan 4 günlük savaşdan sonra Serj Sarqisyanın etiraflarını da xatırladıb. 

Əlavə edək ki, həmin vaxt eks erməni lider Serj Sarqisyan bildirmişdi ki, aprel döyüşləri Ermənistan ordusunun zəifliyini üzə çıxardı. Sarqisyan Ermənistan qoşunlarındakı silah-sursat və texnikanın 80-ci illərdən qalma olduğunu bəyan etmişdi. Lavrov prinsiplərindən sonra isə, danışıqların formal olaraq yenidən Madrid prinsipləri ətrafında aparılırdı.

Burda da əsas razılıq əldə olunmayan məsələ Dağlıq Qarabağın müqəddəratı ilə bağlı idi. 

“23 illik danışıqlarda qazancımız yanlız vaxt udmaq olub. 2016-cı ildə Azərbaycandan tərpənən qatarın qarşısı ala bilmədik” ifadəsini işlədən Nikol, burada aprel döyüşlərində Azərbaycanın qazandığı uğuru, öz dili ilə desək, Ermənistanın uğursuzluğunu diqqətə çatdırır. Davamında bildirir ki, “əksəriyyət müharibədən qaçmaq üçün Rusiyapərəst siyasətin aparılmalı olduğunu desə də, unutmasınlar ki, 2019-cu ildə Suriyaya minaaxtaranların və həkimlərin göndərilməsi qərarını mən vermişəm.

Rusiya böyük dövlət olsa da, sərhədsiz gücə malik deyil.

Əvvəllər Kremlin əsas münaqişə ocağı Cənubi Qafqaz idisə, son illər siyahıya Suriya və Ukraynanın (Krım, Donbass) əlavə olunması, həmçinin müəyyən sanksiyalarla üzləşməsi Moskvanın işini çətinləşdirdi” deyən Paşinyan Azərbaycanın bu imkandan yaxşı yararlandığını önə çəkib. 

Əslində bu çıxışı ilə Nikol Paşinyan özü-özünü təkzib edir. Çünki erməni lider məqalənin əvvəlində Moskvanın konfliktin çözülməsi ilə əlaqədar ittihamlardan yorulduğunu deyib, Rusiyaya haqq qazandırır. Yazısının bu hissəsi isə, münaqişə həllinin Rusiya tərəfindən uzadıldığına eyhamdır. 

“Torpaqları versəydik, hər şey indikindən yaxşı olardı” deyən pərişan – Paşinyan cəbhədə verdikləri itkilərə görə üzüldüyünü, ölkənin çətin vəziyyətə düşdüyünü etiraf edir.

Yazının bu hissəsində də “Nikolun sərsəm bəyanatları” ifadəsi özünü doğruldur. Çünki “kaş torpaqları danışıqlar yolu ilə qaytarıb, fəlakətlərdən uzaq olardıq” deyən, “Azərbaycanın tələbinə əməl etsəydik, müharibə olmazdı” təkrarlayan Paşinyan daha sonra yaxşı ki, savaşdıqlarını qələmə alıb. Torpaqları danışıqlar yolu ilə geri versəydik, “döyüş Horadizdə yox, Şurnuxuda başlayacaqdı” söyləyən Nikol bu fikrini belə izah edib:

“7 rayonu danışıqlarla qaytarsaydıq da Şurnuxu və Şahverdilər ətrafında bu gün baş verənlər yaşanacaqdı. Çünki Qubadlı Azərbaycana qaytarılacaq və sərhədə görə bu kəndlərin "20 ev" mübahisəsi olacaqdı”. 

Məqaləsinin əksər ermənini məyus etdiyini etiraf edən Paşinyan sonda vurğulayıb ki, uğurlu gələcəyin müzakirəsi üçün bəzən keçmişi də vərəqləmək faydalıdır. 

Sonda qeyd edək ki, Paşinyanın daxili-xarici siyasəti elə onun məqaləsinə bənzəyir. Nə sujet xətti, nə doğru-düzgün üslub, nə də axırda imzası var. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTO

30 il əvvəl itirdiyi pul qabını görün harada TAPDI

30 il əvvəl itirdiyi pul qabını görün harada TAPDI

Leninin əsərləri də Rusiyada "qara siyahı"ya SALINDI

Leninin əsərləri də Rusiyada "qara siyahı"ya SALINDI

“Bura Bakıdır, kənd deyil ki, səhənglə bulaqdan su gətirək...”– Video

“Bura Bakıdır, kənd deyil ki, səhənglə bulaqdan su gətirək...”– Video

Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

Erməni komandirin SƏHLƏNKARLIĞI: Təlim zamanı əsgər yaralandı, bir ayağını itirdi

Erməni komandirin SƏHLƏNKARLIĞI: Təlim zamanı əsgər yaralandı, bir ayağını itirdi

Kənd təsərrüfatı təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Kənd təsərrüfatı təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Bu daşın qiyməti qramına 5000 dollara çatır - Onu hər kəs tapa bilər

Bu daşın qiyməti qramına 5000 dollara çatır - Onu hər kəs tapa bilər

Bakı Zooparkı yeni quruma birləşdirilir

Bakı Zooparkı yeni quruma birləşdirilir

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

İqtisadi cinayət törətmiş bəzi şəxslər məsuliyyətdən AZAD EDİLƏCƏK

İqtisadi cinayət törətmiş bəzi şəxslər məsuliyyətdən AZAD EDİLƏCƏK

Kənd təsərrüfatı torpaqları vərəsələr arasında BELƏ BÖLÜNƏCƏK

Kənd təsərrüfatı torpaqları vərəsələr arasında BELƏ BÖLÜNƏCƏK

Onlayn qumar oyunları ilə bağlı XƏBƏRDARLIQ – Cəzalar sərtləşdirilir

Onlayn qumar oyunları ilə bağlı XƏBƏRDARLIQ – Cəzalar sərtləşdirilir

Bu şəxsləri 6 ayadək HƏBS CƏZASI gözləyir

Bu şəxsləri 6 ayadək HƏBS CƏZASI gözləyir

Baş nazirdən qaz təchizatı ilə bağlı QƏRAR

Baş nazirdən qaz təchizatı ilə bağlı QƏRAR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kim Çen İndən nüvə müharibəsi XƏBƏRDARLIĞI

Kim Çen İndən nüvə müharibəsi XƏBƏRDARLIĞI

Peşə tanınması imtahanının nəticələri AÇIQLANDI

Peşə tanınması imtahanının nəticələri AÇIQLANDI

Tramp Starmerin istefasından danışdı: "O, mənim dostumdur, amma..." – VİDEO

Tramp Starmerin istefasından danışdı: "O, mənim dostumdur, amma..." – VİDEO

ABŞ Rusiyanı dərhal sülh bağlamağa çağırdı: "Zaman Moskvanın xeyrinə işləmir" – VİDEO

ABŞ Rusiyanı dərhal sülh bağlamağa çağırdı: "Zaman Moskvanın xeyrinə işləmir" – VİDEO

Almaniya Belarus sərhədinə QOŞUN GÖNDƏRİR

Almaniya Belarus sərhədinə QOŞUN GÖNDƏRİR

İlham Əliyev Türkmənistan Prezidentini Füzulidə belə qarşıladı – FOTO

İlham Əliyev Türkmənistan Prezidentini Füzulidə belə qarşıladı – FOTO

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Qətlin təfərrüatı

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Qətlin təfərrüatı

Məktəblilərin Respublika İdman Olimpiadasında mübarizəsi DAVAM EDİR – FOTO

Məktəblilərin Respublika İdman Olimpiadasında mübarizəsi DAVAM EDİR – FOTO

End of content

No more pages to load

RADİO