"Bu yerlərin həsrətini çox çəkdik. Bir vaxtlar qorxu içində çıxdığımız yurdumuza indi sevinc göz yaşları ilə qayıdırıq”.
Bizim.Media xəbər verir ki, bunu Xocalı rayonu, Badara kəndinin sakini Cəmilə İsgəndərova deyib.
“Artıq ömrümüzün qalan hissəsini öz evimizdə, öz ocağımızda fərəhlə yaşayacağıq. Bizim üçün bundan sevincli heç nə ola bilməz. Bu gözəl anları bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm", deyə o, əlavə edib.
Bizim.Media