İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə M.Zərifin Moskva, Bakı və Yerevana səfər edəcəyini bildirib.
S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib.
Bizim.Media