Qarabağ müharibəsində 3330 erməni hərbçisi məhv edilib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan feysbuk hesabında açıqlama verib.
Nikoqosyan bildirib ki, indiyədək 3330 cəsədin tibbi ekspertizası aparılıb. O, bəzi hərbçilərin kimliyini müəyyənləşdirmək üçün DNT testləri edildiyini söyləyib:
"Müharibə başlayandan bəri şəxsiyyətin müəyyənləşdirilməsi üçün 1441 cəsəddən nümunə götürülüb. Daha 871 meyit araşdırlma mərhələsindədir",-deyə o qeyd edib.
Bizim.Media