Rusiya sülhməramlılarından daha bir təxribat - VİDEO

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətlərində növbəti dəfə məqsədi aşan fikirlər səsləndirilib.

Bu dəfə sülhməramlıların tərkibinə daxil olan hərbi qulluqçulardan biri Yeni illə bağlı tost deyərkən ermənilərə səslənib.

Bizim.Media xəbər verir ki, Laçında xidmətini davam etdirən rusiyalı hərbi qulluqçu ermənilərə səslənərək narahat olmamağı, onların yanında olduqlarını, Qarabağa məhz onlar üçün gəldiklərini bildirib:

“Biz ona görə burdayıq ki, hər şeyi yerbəyer etməliyik. Sizi əmin edirəm ki, tezliklə hər şey qaydasına düşəcək. Hətta nağıllarda da yekunda hər şey belə bitir – xeyir şərə qalib gəlir. Əgər söhbət qorxudan gedirsə, hamımız qorxuruq. Amma siz geri dönməlisiniz. Necə deyərlər, risk etməyən, şampan içməz. Doğrudur, hazırda mən şampan yox, meyvə şirəsi içirəm, amma bunu sizin şərəfinizə qaldırıram və bildirmək istəyirəm ki, yolunuzdan dönməyin. İrəli gedin və heç kimdən qorxmayın. Yeni iliniz mübarək!”

Rusiyalı hərbçi yekunda erməni dilində erməniləri salamlayıb və Laçın şəhərinin adını ermənilərin adlandırdığı kimi Berdzor olaraq tələffüz edib.

Dünyanın istənilən bölgəsində sülhməramlı əməliyyatın əsas prinsipi münaqişə tərəflərinə qarşı qərəzsiz olmaqdır. Müharibə edən qəzəbli tərəflər sülhməramlıların hərəkətlərində hər aspekti xüsusi araşdıracaqlar. Məhz buna görə də münaqişə tərəfləri arasında dayanmağa qərar verən barışıq tərəfi üçün obyektiv mövqe və etimad vacib məfhumdur.

Rusiya sülhməramlılarının Dağlıq Qarabağ zonasında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ayırması missiyalarını qərəzsiz yerinə yetirmələrindən çox qısa zaman keçdi.

Görünən odur ki, kontingentin tərkibinə daxil olan hərbçilərin bəziləri missiyalarından xəbərsizdir və Qarabağa nəyə görə gəldiyini unudub. Ermənilərə açıq mətnlə dəstək verən hərbçi öz qərəzini aydın şəkildə nümayiş etdirir. Bu, sülhməramlılarla bağlı ilk belə hal deyil. Bundan öncə də onların öz məqsədlərini aşan müəyyən açıqlamaları, hərəkətləri olmuşdu.

Görünür, əllərinə düşən hər fürsətdə ermənilərə olan sevgilərini ifadə edən rusiyalı əsgərlər həm öz ölkələrinin də imzaladığı üçtərəfli Bəyanata, həm dövlətlərarası digər razılaşmalara, həm də missiyalarına xəyanət edirlər.

Əgər bu, əsgərin öz şəxsi təşəbbüsü ilə olursa, mütləq öz komandanlığı tərəfindən cəzalandırılmalı, kontingentin tərkibindən uzaqlaşdırılmaldır.

Əks halda Azərbaycan ictimaiyyəti arasında sülhməramlılara qarşı yaranmış şübhələr daha da genişlənəcək və bu missiya öz əhəmiyyətini itirəcək.

Sözügedən videonu təqdim edirik:

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

"Neftçi" "Sumqayıt"ı məğlub etdi - FOTO/VİDEO

"Neftçi" "Sumqayıt"ı məğlub etdi - FOTO/VİDEO

FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi

Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü

Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Ukrayna bu əraziləri AZAD ETDİ

Ukrayna bu əraziləri AZAD ETDİ

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

“İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm” - Tramp

“İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm” - Tramp

Macar ordusu “Türk axını”nın bir hissəsini mühafizə edəcək

Macar ordusu “Türk axını”nın bir hissəsini mühafizə edəcək

Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

Əsl “Betmen mağarası”: Buradakı mənzərə xüsusi effektləri xatırladır - VİDEO

Əsl “Betmen mağarası”: Buradakı mənzərə xüsusi effektləri xatırladır - VİDEO

Aprelin ən uğurlu bürcləri

Aprelin ən uğurlu bürcləri

ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI

ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI

Xəstəxanaya yerləşdirilən Luçeskunun vəziyyəti pisləşdi

Xəstəxanaya yerləşdirilən Luçeskunun vəziyyəti pisləşdi

“ABŞ sabah sülh razılaşmasına nail ola bilər” - Tramp

“ABŞ sabah sülh razılaşmasına nail ola bilər” - Tramp

Ancelina Colinin qızının aktrisa kimi debütü - VİDEO

Ancelina Colinin qızının aktrisa kimi debütü - VİDEO

Cüdo üzrə Avropa Kubokuna yekun vuruldu - 24 medalımız var - FOTO

Cüdo üzrə Avropa Kubokuna yekun vuruldu - 24 medalımız var - FOTO

Beyləqanda qəzada dünyasını dəyişən sürücü ilə bağlı bəzi TƏFƏRRÜAT - FOTO/VİDEO

Beyləqanda qəzada dünyasını dəyişən sürücü ilə bağlı bəzi TƏFƏRRÜAT - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO