Ermənilərin sıx yaşadığı Axalkalakidə 33 yaşlı erməni öldürülüb.
Bizim.Media "news.am"a istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.
Keçmişdəki anlaşılmazlıqlarını çözə bilməyən iki kişinin mübahisəsi atışmaya çevrilib və nəticədə onlardan biri ölüb.
Mübahisə iştirakçılarının adları açıqlanmır. Hazırda ərazidə olan polis cinayəti araşdırır.
Bizim.Media