"Pandemiyaya qarşı istifadə edəcəyimiz peyvəndlərin etibarsız olduğunu deyənlər, “COVID-19”-un mutasiyaya uğramış siyasi növləridir”.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.
MHP sədri bütün coğrafiyanı əhatə edən, insan və cəmiyyət sağlamlığını təhdid edən bir virusun 2020-ci ilə damğa vurduğunu xatırladaraq koronavirusdan siyasi məqsədlər üçün istifadə edənləri tənqid edib və bunun insanlğıa zərər verəcəyini bildirib.
Bizim.Media