“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə danışıqlar üçün İstanbulda olan Rusiya nümayəndə heyəti ilə Qarabağda gərginləşən vəziyyəti müzakirə edəcəyi istisna deyil”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib.
“Düzdür, bunun Ukrayna tərəfinə aidiyyatı yoxdur. Amma, ola bilsin, Ərdoğan Rusiya nümayəndə heyəti ilə Qarabağda durumun gərginləşməsinə dair də müzakirə aparsın. Lakin kifayət qədər vaxt olacağını düşünmürəm”, - mənbə qeyd edib.
Bizim.Media