Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşü başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşün keçirildiyi məkana gəlib və tərəflərə uğurlar arzulayıb.
Bizim.Media xəbər verir ki, rusiyalı iş adamı Roman Abramoviç də Ukrayna nümayəndə heyəti ilə danışıqların keçiriləcəyi Dolmabaxça sarayına gəlib.
Bu haqda görüntüləri Türkiyənin “Haber Turk” telekanalı yayıb.
Bizim.Media