Paşinyan öz sonunu hazırladı – Rusiyaya hərbi yardım göndərmək Nikolun sonunu gətirəcək

Xəbər veridiyimiz kimi, Ermənistana məxsus 4 ədəd “SU 30” tipli döyüş təyyarəsi Ukraynadakı əməliyyatlarda iştirak etmək üçün Rusiyaya göndərilib.

Ən önəmli nüans isə ondan ibarətdir ki, təyyarələrin məhz erməni pilotlar tərəfindən idarə olunduğu bildirilir.

Xatırladaq ki, daha əvvəl Rusiya tərəfindən Ukraynaya qarşı döyüşmək üçün Yaxın Şərqdən gələn “muzdlular”ın da Ermənistan ərazisindən keçdikləri ilə bağlı informasiyalar dərc olunurdu.

Lakin bu addım daha çox Rusiyanın orbitində olan ölkənin məcburiyyətdən etdiyi davranış kimi qələmə verilirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Ukraynada müharibəyə qoşuldu - Qırıcı təyyarələrini Rusiyaya verdi 


Paşinyandan “sürpriz” gediş

İndiki situasiyada isə Ermənistan faktiki olaraq Rusiya ilə birlikdə Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməyə başlayıb. Hərbi təyyarələrin martın 25-də Ermənistandan yola çıxdığını və Rusiyanın bütün qüvvələrini əməliyyatlara yönəltdiyini nəzərə aldıqda isə, erməni pilotların artıq döyüşlərə qatıldıqları da istisna deyil. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın da əli Ukraynada öldürülən dinc sakinlərin qanına bulaşıb.

Maraqlıdır ki, əksəriyyət Rusiya ilə ittifaq dövləti qurmaq yolunda əmin addımlarla irəliləyən Belarusun Ukraynaya qarşı əməliyyatlara qatılacağını ehtimal etsə də, Ermənistan bu dəfə də bütün dünyanı mənfi mənada təəccübləndirməyi bacardı.

İndi isə, əsas maraq doğuran məqam Ermənistana qarşı Qərbdə hansı ritorikanın seçiləcəyi ilə bağlıdır. Belə ki, Rusiyaya hərbi, iqtisadi və digər formalarda yardım göstərən, hətta şimal qonşumuza qarşı sanksiyalara qoşulmayan ölkələrə qarşı da ciddi tədbirlərin görüləcəyi bildirilir. Bu məsələni Ağ Ev rəsmiləri ən yüksək səviyyədə dəfələlər bəyan ediblər.

Görəsən, Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Rusiyanı dünyanın ən çox sanksiya tətbiq olunan ölkəsinə çevirən Qərb koalisiyası oxşar addımı Ermənistana qarşı da atacaqmı?

Məntiqi cəhətdən bu sualların cavabı bəllidir. Lakin Qərbin ikili standartlarına ən yaxından biz bələd olduğumuz üçün hələ də hansı addımların atılacağını əminliklə söyləməkdə çətinlik çəkirik.
Hayla gələn, vayla gedər

Onu da əlavə edək ki, Nikol bu dəfə günahlarını öz sələflərinin üzərinə atmaqla da sudan quru çıxmağı bacarmayacaq. Çünki sözügedən “SU 30”lar Paşinyanın iqtidarı dönəmində, 2019-cu ilin dekabrında Ermənistana verilib. Erməni mətbuatından əladə etdiyimiz məlumatlara görə isə, qırıcılar Ermənistanda böyük sevinclə qarşılanıb. Görünür, Paşinyan 2 ildən sonra Rusiyaya qarşı mənəvi borcunu bu cür qaytarmağa qərar verib.

Sonda isə xatırladaq ki, Ermənistanın istər Ukraynada, istərsə də regionumuzda baş verən proseslər fonunda Qərbin, yoxsa Rusiyanın himayəsini seçəcəyi əsas müzakirə mövzularından biri idi. Görünür, Paşinyanın erməni xisləti bu dəfə də özünü büruzə verdi və Nikol onu hakimiyyətə gətirən gücə xəyanət edərək Moskvanın qapısına pənah gətirdi. 

Qərbin isə bu xəyanəti cavabsız buraxacağı o qədər də real görünmür.

Ona görə də, proqnozlaşdıra bilərik ki, 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirmək üçün meydanlara axışan, bununla da ağ günə çıxacağını düşünən erməni xalqı qarşısındakı növbəti hədəf Nikolun özü olacaq.
Bu situasiyadan minimum zərərlə çıxmaq üçün isə əsas yük Ermənistan ictimaiyyəti və mediasının üzərinə düşür. Çünki erməni xalqı 44 günlük Vətən savaşında aldığı zərbələri yenidən yaşamaq istəmirsə, əlini daşın altına qoymalı, qırıcıların aqibəti ilə bağlı rəsmi İrəvandan hesabat tələb etməlidir. Əks təqdirdə, Paşinyan ölkəsini ikinci dəfə faciələrlə üz-üzə qoymaqda qərarlı görünür. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlkin Rəhimov vəzifəsindən azad edildi

İlkin Rəhimov vəzifəsindən azad edildi

SON DƏQİQƏ! Əli Kərimliyə qarşı ittiham İRƏLİ SÜRÜLDÜ - Hakimiyyəti zorla ələ keçirmək...

SON DƏQİQƏ! Əli Kərimliyə qarşı ittiham İRƏLİ SÜRÜLDÜ - Hakimiyyəti zorla ələ keçirmək...

Qənimət Zahidovun MƏHKƏMƏSİ başlayır

Qənimət Zahidovun MƏHKƏMƏSİ başlayır

Rəqəmsal quyular DÖVRÜ – Süni intellekt dünyanın neft sənayesini NECƏ DƏYİŞİR?

Rəqəmsal quyular DÖVRÜ – Süni intellekt dünyanın neft sənayesini NECƏ DƏYİŞİR?

Binəqədidə ucuz mənzillər satışa çıxarılır – BU TARİXDƏ - FOTO

Binəqədidə ucuz mənzillər satışa çıxarılır – BU TARİXDƏ - FOTO

Zooparkda şir gənci parçaladı – ANBAAN VİDEO

Zooparkda şir gənci parçaladı – ANBAAN VİDEO

Şabranda qatar evakuatorla toqquşdu: Ağır yaralı var – FOTO

Şabranda qatar evakuatorla toqquşdu: Ağır yaralı var – FOTO

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişdi

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişdi

Azərbaycan Prezidenti rumıniyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti rumıniyalı həmkarını təbrik etdi

İsrail mediasından müharibə ANONSU: Tehran və Qüds daha böyük qarşıdurmaya hazırlaşır

İsrail mediasından müharibə ANONSU: Tehran və Qüds daha böyük qarşıdurmaya hazırlaşır

Plastik cərrah əməliyyatlarda ən böyük səhvi açıqladı

Plastik cərrah əməliyyatlarda ən böyük səhvi açıqladı

“Real” yenə xal itirdi - VİDEO

“Real” yenə xal itirdi - VİDEO

Xurmanın faydaları açıqlanıb

Xurmanın faydaları açıqlanıb

Ukrayna və ABŞ hələ sülh sazişinin yekun mətnini razılaşdırmayıb – AMMA İRƏLİLƏYİŞ VAR

Ukrayna və ABŞ hələ sülh sazişinin yekun mətnini razılaşdırmayıb – AMMA İRƏLİLƏYİŞ VAR

Cennifer Lopez Şükran gününü belə qeyd etdi - Fotolar

Cennifer Lopez Şükran gününü belə qeyd etdi - Fotolar

Vüqar Bayramov: "Laçın rayonuna işğal vaxtı 8 milyard dollardan çox ziyan dəyib"

Vüqar Bayramov: "Laçın rayonuna işğal vaxtı 8 milyard dollardan çox ziyan dəyib"

“Ramiz Mehdiyev” işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu – FOTOLAR

“Ramiz Mehdiyev” işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu – FOTOLAR

Alimlər açıqladı: Okean dibində böyük çat yaranıb

Alimlər açıqladı: Okean dibində böyük çat yaranıb

Tramp təyyarədə jurnalistlərlə zarafatlaşdı: “İdrak testini keçə bilməzsiniz” – VİDEO

Tramp təyyarədə jurnalistlərlə zarafatlaşdı: “İdrak testini keçə bilməzsiniz” – VİDEO

Kəlbəcərdəki yanğın davam edir – VİDEO

Kəlbəcərdəki yanğın davam edir – VİDEO

SON DƏQİQƏ! Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparır – RƏSMİ

SON DƏQİQƏ! Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparır – RƏSMİ

Azərbaycanda iş icazəsi verilən əcnəbilərin sayı AÇIQLANDI – RƏSMİ

Azərbaycanda iş icazəsi verilən əcnəbilərin sayı AÇIQLANDI – RƏSMİ

İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”a qarşı

İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”a qarşı

ŞOK: Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

ŞOK: Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

End of content

No more pages to load

RADİO