Martın 25-də Ermənistandan havaya qalxan 4 ədəd Su-30 tipli 4 döyüş təyyarəsi Rusiyaya gedib.
Bizim.Media xəbər verir ki, bu barədə “Haber Global” kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. Onların Ukraynada döyüş əməliyyatlarında istifadə ediləcəyi bildirilir.
Üstəlik, Rusiya istehsalı olan qırıcıları xüsusi təlim keçmiş erməni pilotların idarə etdiyi bildirilib.
Həmçinin qeyd edilib ki, Rusiyaya hərbi dəstək verən Ermənistana qarşı sanksiyalar tətbiq oluna, yaxud xəbərdarlıq edilə bilər.
Bizim.Media