Sloveniya artıq öz nümayəndəsini Kiyevə göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Sloveniyanın Ukraynadakı səfirliyi öz “Twitter” səhifəsində paylaşım edib.
Bildirilib ki, Sloveniya Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Boştyan Lesyak Kiyevə qayıdıb.
“Şəhər boşdur, uzaqdan həyəcan təbili çalınır, partlayış səsləri eşidilir. Əks halda, paytaxtda qalanların həyatı normaldır", - deyə Lesyak Kiyevə gələrkən deyib.
Həmçinin bildirilib ki, digər diplomatlar da tədricən şəhərə qayıdırlar.
Qeyd edək ki, bəzi diplomatlar hələ müharibə başlamazdan əvvəl ölkəni tərk etmişdilər.
Bizim.Media