Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, XİN başçıları Ukraynadakı son vəziyyət və bu gün İstanbulda keçiriləcək Rusiya və Ukraynanın danışıqlar üzrə nümayəndə heyətlərinin görüşünə dair fikir mübadiləsi aparıb.
Bizim.Media