Ukraynanın hava hücumundan müdafiə sistemləri Slobojanski istiqamətində Rusiyaya məxsus bir pilotsuz uçuş aparatını və iki döyüş təyyarəsini vurub.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Şərq” Hava Komandanlığı məlumat yayıb.
Həmçinin, bildirib ki, bir qədər əvvəl Mariupolda da bir ədəd Rusiya təyyarəsi vurularaq sıradan çıxarılıb.
Bizim.Media