Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı daha bir sui-qəsd cəhdinin qarşısı alınıb.
Bizim.Media Unian-a istinadən xəbər verir ki, Ujqorodda hərbi əks-kəşfiyyat əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidməti agentinin rəhbərlik etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.
Bildirilib ki, sözügedən qrup Zelenskiyə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribatlar törətməyi planlaşdırıb.
Bunun üçün 25 nəfərlik dəstənin silahlarla və maşınlarla təzhic olduğunu da qeyd edilib.
Bizim.Media