Rusiya və Ukrayna nümayəndə heyətləri arasında təmaslar gün ərzində davam edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Danışıqlar bu gün davam etməlidir. Danışıqlarda Rusiya nümayəndə heyəti gecə-gündüz işləməyə hazırdır, lakin Ukrayna tərəfi belə canfəşanlıq nümayiş etdirmir", - Peskov bildirib.
Kreml sözçüsü bildirib ki, “Financial Times”ın Rusiya Federasiyası ilə Ukrayna arasında hazırlandığı iddia edilən sazişlə bağlı dərc olunan məqaləsi reallığa uyğun gəlmir və tərəflər işlərini davam etdirirlər.
Bizim.Media