Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən birində əsgər meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
“Martın 16-da saat 21:10-da respublikanın cənub-şərq istiqamətində yerləşən döyüş mövqelərindən birində sıravi əsgər Albert Levonoviç Siroyanın (2002-ci il təvəllüdlü) çənə nahiyəsindən güllə yarası ilə meyiti aşkar edilib”, bəyanatda deyilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media