Ukrayna və Rusiya nümayəndələri bu gün danışıqları davam etdirəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
"Çox çətin danışıqlar prosesi gedir. Fundamental ziddiyyətlər mövcuddur. Ancaq şübhəsiz ki, kompromis üçün yer var. Fasilə zamanı yarımqruplar üzrə işlər davam etdiriləcək", - deyə M.Podolyak vurğulayıb.
Bizim.Media