Rusiyalı aktyor-rejissor İqor Klass 83 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, 50-dən çox filmdə rol alan İqor Klass "Leninin vəsiyyəti", "XX əsrin quldurları"," Moskva uğrunda döyüş"," Yollarda yoxlama", "Xəzinə adası" kimi ekran işlərindəki obrazları ilə sevilib.
Bizim.Media