İndiyədək 12 000-dən çox rus hərbçisi zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.
“Rusiya silahlı qüvvələrinin 389 tank, 1 249 zirehli döyüş maşını, 150 artilleriya qurğusu, 64 reaktiv yaylım atəş sistemi, 34 hava hücumundan müdafiə sistemi, 90 helikopter, 617 avtomobil texnikası, 3 qayıq məhv edilib” – deyə məlumatda qeyd edilib.
Bizim.Media