Ermənilər bütün siyasətçilərini fərari adlandırdılar

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda yeni fəlakət: küçələrdə donanlar! “Sputnik Armenia” yazır ki, bir qrup müxalif (onlar özlərini “Vətənin xilası hərəkatı” adlandırırlar) dekabrın 23-də İrəvan küçələrindəki çadırlarda donmağa başlayıblar.

Onların yeni il şüarı belədir: “Satqınsız – Nikolsuz yeni il”. Adi ermənilər bu şüara düzəliş edirlər:

“Nikolsuz, fərsiz erməni siyasətçilərsiz, 10 min fərarisiz, Qarabağsız yeni il”.

Çadırların yanlarından keçənlərin bəziləri hətta sual edirlər: dekabrın 22-i axşam saat 18-ə qədər vaxt vermişdiniz. Artıq o vaxtdan sutkalar keçir. Nooldu? Nikol da yerində, siz də çadırda. Deməli, sizlər də sözünün üstündə duranlar deyilsiziniz. Onda Nikoldan fərqiniz nədir?”.

Bunlar küçədə insanların bir-birinə münasibətini göstərən lokal xarakterli “Sosial peyzajlar" deyil, Ermənistandakı dərin böhranın konkret əlamətləridir. 

“Sputnik Armenia” xəbər verir ki, “Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Manukyan hesab edir ki, ölkədə praktiki olaraq bütün sferalarda – siyasi, humanitar, sosial, səhiyyə, iqtisadi və s., böhran və təlatüm mövcuddur. Sabitlik üçün siyasi iflası aradan qaldırmaq lazımdır. 

KİV-də D. Manukyanın xilas modelini də yayıblar. O hesab edir ki, Ermənistanda hazırda hakimiyyəti 3 üsulla dəyişmək olar.

Birincisi, “küçədə”. İkincisi, Baş nazirin könüllü istefası ilə. Üçüncüsü, parlamentdə hərbi vəziyyəti ləğv edib, impiçment məsələsini qaldırmaqla.
Ermənistandakı ekspertlər bu üsullardan küçə hərəkatından başqa heç birini real saymırlar. Arqumentləri belədir ki, erməni cəmiyyəti hələ də savaşda aldığı nokautdan ayılmayıb. Ermənistanın dövlət və toplum olaraq “başı fırlanır”.

Bunlardan başqa, bir sıra KİV orqanı (“Lragir.am", “Sputnik Armenia”, “Vestnik Kavkaza”, “Armenpress” və s.) vurğulayır ki, müxaliflər “16+” təşkilatlanma modeli ilə əslində parçalanıb.

16 partiya (“Vətənin xilası hərəkatı”) “Çiçəklənən Ermənitan”dan Vazgen Manukyanı, “Maariflənmiş Ermənistan” isə Edmon Manukyanı baş nazir postuna namizəd kimi görür. E. Manukyan “Sputnik Armenia” informasiya orqanına verdiyi müsahibədə özünün şansının çox olduğunu ayrıca vurğulayıb. Yəni müxalifətdə birlik yoxdur.

Belə görünür ki, Nikol Paşinyan bu vəziyyətdən yararlanmağa çalışır. Belə ki, “Armenpress”in informasiyasına görə, Baş nazir ölkədə lider-xalq qarşıdurması deyil, erməni siyasi elitasının bir qrupunun hazırkı iqtidara qarşı çıxış etməsinin olduğunu deyir.

Bunlara görə, N. Paşinyan Ermənistandakı siyasi vəziyyəti tezislərlə belə ifadə edir:

“1. 2018-ci ildə hakimiyyəti itirən “Elita” revanşa cəhd edir. Həm də söhbət ancaq siyasi “Elita”dan getmir. Bura “2018-ci ilə qədər imtiyazları olanlar da daxildir”. 2. 2018-ci il inqilabından sonra özünü hakimiyyət kimi hiss edən xalq bu statusun dəyişməsini istəmir”. 

Sözlərinə davam edərək o, “Hər bir halda xalq öz sözünü deməlidir... Mən, əlbəttə, xalqın öz sözünü deməsi imkanını itirməməsi üçün hər şeyi edəcəm”, fikrini bildirib (Armenpress, 22 dekabr, 2020-ci il). 

Ekspertlər bunu dekabrın 22-də 16 partiyanın ümumerməni aksiyasına başlaması fonunda iqtidarın küçədə xalq-müxalifət qarşıdurması yaratmaq cəhdi kimi qiymətləndirirlər.    

Doğurdan da, siyasi mübarizənin “küçəyə transfer olduğu” görünür. Rusiya KİV də (məsələn, “RİA Novosti”, “İA REGNUM”, “Eurasia Daily” və. başqaları) real vəziyyətə İrəvan küçələrindən baxışı ifadə edən manşetlərdən baxırlar: “Erməni müxalifəti İrəvanda hakimiyyət binasını mühasirəyə alacaq” (“Eurasia Daily”, 23 dekabr), “Ermənistan hökumət binası qarşısında mitinq başladı” (“İA REGNUM”, 23 dekabr), “Müxalifət Ermənistan hökumət binasını mühasirəyə almaq niyyətindədir” (“Vestnik Kavkaza”, 23 dekabr) və s. 

Mətbuat həbslər haqqında da informasiyalar yayır.

“Armenpress”in informasiyasına görə, zor tətbiq etməyə çağırışlar etdiyinə görə, “Milli təhlükəsizlik” partiyasınn sədri Qarnik İsaqulyan artıq həbs edilib. 

Bunlarla yanaşı, daşnaklar Zəngəzura sərhədi qorumaq üçün döyüşçülər göndərməyə hazır olduğunu bəyanlayıb (“Lragir.am”). Lakin KİV bu bəyanatı “Məhdud qafa” adlandırıb. 

Bütövlükdə duyulur ki, müxalifət sərhəd məsələsini mövcud hakimiyyətə qarşı istifadə etmək üçün arqument kimi gündəmə gətirməyə çalışır. O bağlılıqda bir sıra Ermənistan KİV-nin Xankəndi hava limanı məsələsini də qabartması diqqəti çəkir... 

Bizcə, şərhə ehtiyac yoxdur. Ermənistan siyasi anlamda “küçələrdə donur”. Tarixin dəmir məntiqi var: erməni siyasəti küçədə qızışmışdı, orada da donmalıdır!

Füzuli Qurbanov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Soyuq evdə paltarları necə qurutmaq olar?

Soyuq evdə paltarları necə qurutmaq olar?

Pentaqon bu şirkətdən 850 ədəd F-35 qırıcısı ALACAQ

Pentaqon bu şirkətdən 850 ədəd F-35 qırıcısı ALACAQ

Arda Gülər Mbappedən üzr istədi – FOTO-VİDEO

Arda Gülər Mbappedən üzr istədi – FOTO-VİDEO

Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ

Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Peskov: Putin Uitkoffa heç bir yazılı plan təqdim etməyib

Peskov: Putin Uitkoffa heç bir yazılı plan təqdim etməyib

Nazim Qasımzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Nazim Qasımzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər TUTULDU

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər TUTULDU

“Qəzzadan çıxmayacağıq, fələstinlilər istəsələr, gedə bilərlər” – VİDEO

“Qəzzadan çıxmayacağıq, fələstinlilər istəsələr, gedə bilərlər” – VİDEO

İtirilmiş torpaqlar, yarımçıq qalan ümidlər... - Ukrayna üçün sülhün AĞIR BƏDƏLİ

İtirilmiş torpaqlar, yarımçıq qalan ümidlər... - Ukrayna üçün sülhün AĞIR BƏDƏLİ

Hindistanın xarici işlər naziri sabah Azərbaycana gələcək

Hindistanın xarici işlər naziri sabah Azərbaycana gələcək

Sinem Ünsal: “Mardin artıq mənim doğma şəhərimdir”

Sinem Ünsal: “Mardin artıq mənim doğma şəhərimdir”

Leyla Əliyevanın Türkmənistan səfərindən ən yaddaqalan anlar– VİDEO

Leyla Əliyevanın Türkmənistan səfərindən ən yaddaqalan anlar– VİDEO

Sədərəyə dolu yağdı - VİDEO

Sədərəyə dolu yağdı - VİDEO

Xocalı sakini: Qorxu içində çıxdığımız yurdumuza sevinc göz yaşları ilə qayıdırıq

Xocalı sakini: Qorxu içində çıxdığımız yurdumuza sevinc göz yaşları ilə qayıdırıq

Çexiya Prezidenti Trampın Rusiya ilə "dizel sazişi"ni kəskin tənqid etdi

Çexiya Prezidenti Trampın Rusiya ilə "dizel sazişi"ni kəskin tənqid etdi

Rusiya və Ukrayna arasında CƏSƏD mübadiləsi

Rusiya və Ukrayna arasında CƏSƏD mübadiləsi

Sözdə sülh, əməldə prosesi uzatmaq cəhdi – İrəvanın 2031-ci il mesajı nəyə hesablanıb?

Sözdə sülh, əməldə prosesi uzatmaq cəhdi – İrəvanın 2031-ci il mesajı nəyə hesablanıb?

Arif Mərdanova yüksək vəzifə verildi

Arif Mərdanova yüksək vəzifə verildi

“WhatsApp”a iki yeni funksiya gəlir

“WhatsApp”a iki yeni funksiya gəlir

Altı il öncə bu gün – 22 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 22 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Yüksək vəzifəyə təyin olunan Zaur Nağıyev kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Zaur Nağıyev kimdir? – DOSYE

Biləcəridə sakinlərinin kabusu: Qaranlıq küçə və sahibsiz itlər – VİDEO

Biləcəridə sakinlərinin kabusu: Qaranlıq küçə və sahibsiz itlər – VİDEO

Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar - Foto

Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar - Foto

End of content

No more pages to load

RADİO