Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

Təkcə Sovet İttifaqının deyil, bütövlükdə insanlıq tarixinə qızıl hərflərlə yazılmış kosmosun fəth edilməsi düz 65 il bundan qabaq yaşanıb. Amma indiyədək bu şanlı hadisənin ancaq uğurlu tərəflərindən danışılırdısa, artıq qılıncı paslanıb torpağa qarışmış Sovet hökumətinin qorxusu olmadığına görə indi onun varisi Rusiya həqiqətləri göz önünə sərir.

Bəşəriyyət tarixindəki ən böyük irəliləyişin arxasında əslində uğurdan çox bəxt dayanırdı. Sanki Tanrının özü də bu uçuşda maraqlı idi. Ona görə də yarımçıq, tamamlanmamış, texniki baxışdan keçməyə macal tapılmamış “Vostok-1” hava gəmisi əslində Yuri Qaqarinin cəhənnəm əzabından qəhrəmanlığına çevrildi.

Bəs  “tanrının oğlu” fəzada ölümdən necə xilas oldu?

Səhv oxumadınız – “tanrının oğlu”! O, narıncı skafandrı ilə yerə enəndə, gülümsər üzündə elə daşlaşmış ifadə var imiş, eyni zamanda günəş formasının gümüşü nahiyələrini elə işıqlandırırmış ki, kənardan baxanda göydən enmiş, parlaq  haləli yarıtanrı kimi görünürmüş. Digər tərəfdən isə oxuduqlarınızdan sonra onu tanrının necə qoruduğunu dərk edəcəksiniz.

Vaxtilə Xruşşov ateizmi bir daha sübut etmək üçün Qaqarinlə görüşəndə üzünü insanlara tutub demişdi:

“Bax Allah göydə olsaydı, Yuri onu görərdi”.

Amma Yuri onu görməsə də, duymuşdu, çünki onu o fəlakətdən yalnız və yalnız fövqəlgüc qurtara bilərdi.
 

Fəzada olduğu 108 dəqiqə ərzində Yer kürəsini dövr etdikdən sonra geri qayıdış düyməsini basır. Çəkisizlik qəfil qurğuşun kimi ağırlıq yaradıb onu kresloya sıxır. Nəsə düz getmirdi: yanacaq təchizatı sistemindəki nasazlıq səbəbindən mühərrik tam işə düşə bilmədi.


Təkan azaldı və mühərrik vaxtından əvvəl söndü. Sürət təmiz eniş üçün kifayət deyildi və bort ekranı uçuş dövrünün sonunu qeyd etmədiyi üçün əmri göndərə bilmədi. Kosmik gəmi sürətlə fırlanmağa başladı. Sanki günümüzdəki qorxulu atraksionlar kimi gəmi yerində getdikcə sürəti artırırdı.

“Afrikanı, sonra üfüqi, sonra səmanı gördüm. Fırlanma sürəti saniyədə təxminən 30 dərəcə idi. Günəş şüalarından özümü qorumağa çətinlik çəkirdim”. – Yuri Qaqarinin 13 aprel 1961-ci il tarixində Dövlət Komissiyasının iclasında gizli hesabatında belə deyilir.
 

Fırlanma davam edirdi, “Vostok” tropik meşələr, səhralar və bütün Afrika ölkələri üzərində - Anqoladan Misirə qədər inanılmaz sürətlə hərəkət etdi. Sürtünmə səbəbindən temperatur artırdı. Belə getsə hava gəmisi Qaqarin üçün yanar tabuta dönəcəkdi. 


Aşağıda - Yer  Kürəsində isə gur səsli Levitanın açıqlamasından ilhamlanan insanlar qələbələrini qeyd edərkən, ilk kosmonavtın həyatı bir tükdən asılı idi. Qaqarin Yerə birtəhər məlumat ötürdü, amma  mesaj çatmadı. İndi ümidi inanmadığı tanrıya qalmışdı.

Yerdən 100 kilometr yüksəklikdə gəmi atmosferə girməyə başladı.

Sonra möcüzə baş verdi: sensorlar temperaturun kəskin artımını qeyd etdi və nəhayət, bölmələr ayrıldı.

Lakin nəzərəçarpacaq bir gecikmə oldu. Qaqarin qeyri-insani dəhşətli bir şey gördü: parlaq qırmızımtıl alov “okean”ı üstünə gəlirdi. O, çıtırdayan səs eşitdi: istilik qoruyucu qatranlar yanırdı. Bir anlıq Qaqarin metal kürəsində diri-diri yanacağını düşündü.
 

Qəfil cihazın göstəriciləri təxminən iki-üç saniyə ərzində bulanmağa başladı. Görmə qabiliyyətini itirirdi. Burnundan qan axırdı, kosmonavt huşunu itirə bilərdi. İntizam, özünə nəzarət və təlim ona təslim olmamağa kömək etdi. Gərginlik tədricən azalırdı, gəmi atmosferdə yavaşladı və sürəti aşağı düşdü.


Kosmonavtın eniş planı belə görünürdü: təxminən yeddi kilometr yüksəklikdə lyuk qapağı açılacaq və pilot və oturacağı kapsuldan atılacaqdı. Qaqarin isə daha iki saniyə gözləməyi belə əbədiyyət kimi görürdü. Həm də Volqanın üzərindən uçarkən dəbilqəsindəki hava klapanı ilə bağlı problem yarandı. Kosmonavt az qala boğulurdu və altı dəqiqə ərzində nəfəsini tutmalı oldu.  Nəhayət, klapan tuşunu tapmağı bacardı və acgözlüklə təmiz Volqa havasını uddu.

Amma indi başqa bir problem ortaya çıxdı: ehtiyat paraşüt əsas paraşütlə birlikdə açılmışdı və əgər xətlər dolaşsaydı, örtüklər çökərdi və Qaqarin sürətlə yerə yıxılardı.

Lakin o, bundan da  xilas oldu.

İnanılmaz yüksəkliklərdən sonra Saratov vilayətindəki Smelovka kəndinin yaxınlığına ehtiyatla düşdü.
 

Şumlanmış, yumşaq bir sahə idi. Sağ və salamat düşmüşdü. Qara kömür kimi  "Vostok" kosmonavtdan xeyli əvvəl yerə enmişdi. Eniş 11 dəqiqə çəkmişdi. Başını çevirəndə təzə şumlanmış sahənin ortasında yaşlı bir qadın və kiçik bir qız görür. Bu, beş yaşlı Rumiya Nurskanova və nənəsi Anna Taxtarova idi. Nənə bu kişinin göydən yerə endiyinə inana bilmirdi. Sonra kolxozçular gəlib kosmonavta kömək etdilər.


Tezliklə Qaqarin üçün Mi-4 vertolyotu gəldi və o, ilk pərəstişkarlarının toplaşdığı Engels aerodromuna uçdu. Orada o, ilk avtoqraflarını verdi və qərargaha çatanda əlinə tutuşdurulmuş Xruşşovun təbrik teleqramı ilə yorğun-arğın kresloya çökdü...

Qarşıdakı aylarda isə bu sadə Sovet vətəndaşı ilə dünyanın ən tanınmış insanları, böyük liderləri, hətta kraliça Yelizaveta belə görüşməyə tələsəcəkdi...








Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

16 il sonra final fiti - 2 nömrə gedir

16 il sonra final fiti - 2 nömrə gedir

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

End of content

No more pages to load

RADİO