İğdırda məktəb həyətində dəyənəklərlə dava baş verib. Hadisə şahidlər tərəfindən videolentə alınıb. Orta yaşlı qadın məktəbin həyətinə daxil olub, yeməkxanaya hücum edərək qadınla əlbəyaxa savaşıb.
Bizim.Media xəbər verir ki, ortayaşlı qadın əlində çomaqla yeməkxananın pəncərəsini sındırıb və işçiyə hücum edib.
Qadının yeməkxanaya hücumu, pəncərəsini sındırması və yeməkxana işçisi ilə əlbəyaxa olması təhlükəsizlik kamerasına anbaan düşüb.
Hadisə zamanı məktəbdəki şagirdlər və valideynlər panikaya düşsələr də, hadisə yerində olan digər valideynlər aranı sakitləşdiriblər.
İddialara görə, hücum edən qadının əqli cəhətdən problemi olub. Hadisənin səbəbi hələki məlum deyil.
Bizim.Media