Ötən gecə ABŞ və İsrail Tehrana güclü hava zərbələrini davam etdirib.
Bizim.Media xəbər verir ki, Tasnim agentliyi hava hücumlarından sonra Tehranın şərqindəki bir neçə rayonun elektriksiz qaldığına dair məlumat yayıb.
Agentlik qeyd edib ki, elektrik kəsilməsi, xüsusən də Piruzi rayonunda və İran paytaxtının digər şərq rayonlarında baş verib.
Kommunal xidmət şirkətləri artıq elektrik enerjisini bərpa etmək üçün işlərə başlayıblar.
Bizim.Media