Rusiyadan göndərilən humanitar yardım artıq Astaraya çatıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dərman vasitələrindən ibarət humanitar yükləri daşıyan qatar Astara rayonuna gəlib. Humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur.
Bildirilib ki, yük bu gecə İran tərəfinin nəqliyyat vasitələrinə yüklənərək ölkə ərazisindəki təyinat nöqtəsinə çatdırılacaq.
Qeyd edək ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən 13 tondan çox humanitar yük – dərman və tibbi ləvazimatlar Azərbaycan ərazisindən tranzit keçməklə İrana göndərilmişdi.






Sabutay, Bizim.Media, Cənub bürosu