Türkiyənin İstanbul şəhərində qaz sızmasına görə baş verən partlayış nəticəsində çökən 2 binanın dağıntıları altından 9 nəfər yaralı vəziyyətdə xilas edilib.
Bizim.Media xəbər verir ki, dağıntılar altında daha iki nəfərin qaldığı ehtimal edilir. Onların axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 12:00 radələrində İstanbulun Fatih rayonunda yerləşən - biri ikimərtəbəli, digəri birmərtəbəli iki evdə çökmə meydana gəlib.
Bizim.Media