Kimlər öldü, kimlər qaldı: İran elitasının AĞIR İTKİLƏRİ – FOTO

ABŞ və İsrailin 28 fevraldan etibarən İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar ölkənin hərbi-siyasi elitasına ağır zərbələr vurub. Müxtəlif mənbələrdə yayılan məlumatlara görə, zərbələr nəticəsində İranın bir sıra yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmiləri öldürülüb və ya zərərsizləşdirilib. Bu hadisələr ölkədə hakimiyyət balansına ciddi təsir göstərib və qərarvermə mexanizmi ilə bağlı yeni suallar yaradıb.

Bizim.Media ABŞ-İsrail hücumları zamanı öldürülən yüksək səviyyəli şəxslərin siyahısını təqdim edir.

Seyyid Əli Xamenei

Müharibənin ilk günlərində hədəfə alınan əsas fiqurlardan biri İranın Ali Rəhbəri Əli Xamenei olub. Uzun illər ölkənin ən güclü siyasi və dini fiquru sayılan Xamenei İranın bütün strateji qərarlarının mərkəzində dayanırdı. Onun öldürülməsi ölkənin siyasi sistemində böyük sarsıntı yaradıb və hakimiyyət daxilində ciddi boşluq formalaşdırıb.

Əziz Nəsirzadə

Hərbi rəhbərlikdə itkilər sırasında İranın müdafiə naziri Əziz Nəsirzadə də var. O, İranın müdafiə strategiyasının hazırlanmasında və ölkənin hərbi modernləşmə proqramlarında mühüm rol oynayan fiqurlardan biri hesab olunurdu.

Məhəmməd Pakpur

İranın əsas hərbi strukturlarından biri olan İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərindən sayılan Məhəmməd Pakpur da zərbələr nəticəsində öldürülən şəxslər arasında göstərilir. Pakpur SEPAH-ın Quru Qoşunlarının rəhbəri biri kimi regiondakı hərbi əməliyyatlarda mühüm rol oynayırdı.

Əli Şəmxani

İranın təhlükəsizlik sistemində mühüm fiqurlardan biri olan Əli Şəmxani uzun illər ölkənin təhlükəsizlik strategiyasının formalaşdırılmasında iştirak edib. O, həm də ali rəhbərliyə yaxın fiqurlardan biri hesab olunurdu və İranın regional siyasətində təsirli rol oynayırdı.

Əbdülrəhim Musəvi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi fəaliyyət göstərən Abdülrəhim Musəvi də hücumların hədəfinə çevrilən hərbi rəhbərlərdən biri kimi qeyd olunur. Musəvi İran ordusunun əməliyyat planlaşdırılmasına və strateji hərbi qərarların qəbuluna cavabdeh olan əsas şəxslərdən idi.

Əli Laricani

İsrail tərəfinin iddiasına görə, İranın təhlükəsizlik strukturlarında mühüm mövqeyə malik olan Ali Laricani də Tehrana endirilən zərbələr nəticəsində öldürülüb. O, İranın siyasi sistemində uzun illər müxtəlif yüksək vəzifələrdə çalışmış və təhlükəsizlik siyasətinin formalaşdırılmasında iştirak etmiş fiqurlardan sayılırdı.

Qulamreza Süleymani

“Bəsic” təşkilatı İran daxilində təhlükəsizliyin təmin olunması, kütləvi səfərbərlik və ideoloji nəzarət funksiyalarını yerinə yetirən ən böyük paramilitar şəbəkələrdən biri sayılır. Bu struktur həm daxili təhlükəsizlikdə, həm də regionda İranın təsir dairəsinin qorunmasında mühüm rol oynayır.
 

Mart ayında ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı Qulamreza Süleymaninin də öldürülüb. Onun ölümü İranın təhlükəsizlik sistemində ciddi itki kimi qiymətləndirilir. Çünki o, ölkə daxilində geniş təşkilatlanma şəbəkəsinə malik olan “Bəsic” qüvvələrinin idarə olunmasında əsas fiqurlardan biri idi.


Ekspertlərin fikrincə, bu itkilər İranın siyasi və hərbi idarəetmə sisteminə ciddi təsir göstərib. Ənənəvi olaraq ölkədə qərarlar ali dini rəhbərlik, təhlükəsizlik strukturları və hərbi elita arasında bölüşdürülürdü. Lakin hazırkı vəziyyətdə güc balansının daha çox hərbi strukturların-xüsusilə İnqilab Keşikçiləri Korpusunun əlində cəmləşdiyi qeyd olunur. (Modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

End of content

No more pages to load

RADİO