Rusiyada ötən il kriminal iyerarxiyada ən yüksək mövqedə olan şəxslərə qarşı 39 cinayət işi başlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Rusiya Daxili İşlər Nazirliyinin kollegiyasının geniş iclasında danışıb.
2025-ci ilin məlumatına görə, Rusiyada və dünyada ümumilikdə təxminən 400 “qanuni oğru” var və onların təxminən 100-ü hazırda həbsdədir. Rusiyanın hüquq-mühafizə orqanları uzun illərdir bu kriminal titul sahiblərinə qarşı mübarizə aparır.
2019-cu ildə Rusiya Cinayət Məcəlləsinə 210.1-ci maddə (“Cinayət iyerarxiyasında ən yüksək mövqe tutma”) əlavə edilib. Bu maddəyə əsasən, belə “titul”a sahib şəxsləri 15 ilə qədər həbs və 5 milyon rubladək cərimə gözləyir.
“Prime Crime” informasiya agentliyinin baş redaktoru Liliya Xarininanın sözlərinə görə, ötən il bu maddə üzrə on nəfər məhkum edilib. (Mənbə: RIA Novosti)
Bizim.Media