İran Prezidenti Məsud Pezeşkian gənclərin küçələrə çıxaraq etiraz etməsində hakimiyyətin günahkar olduğunu bildirib və onların narahatlıqlarına lazımi şəkildə reaksiya verə bilmədiklərini etiraf edib.
Bizim.Media xəbər verir ki, bunu Pezeşkian Gülüstan vilayətinə səfəri zamanı bildirib.
“Əgər bizim gənclərimiz küçələrə çıxıblarsa, deməli günah bizdədir və biz onların narahatlıq və təşvişlərinə lazımi qaydada cavab verə bilməmişik”, - deyə İran lideri deyib.
Bizim.Media