Rusiyanın Anapa şəhərində yerləşən sənaye texnikumunda silahlı insdent olub.
Bizim.Media xəbər verir ki, texnikumda təhsil alan tələbə TOZ-34 markalı 12 kalibrli qoşalüləli ov tüfəngi ilə təhsil müəssisəsinə hücum edib.
Nəticədə texnikumun mühafizəçisi həyatını itirib, daha 3 nəfər yaralanıb.
Hadisəni törədən 17 yaşlı şəxs Rusiya Milli Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb.


Bizim.Media