İrəvanda erməni əsgərlərin valideynləri yenidən etiraz aksiyasına başlayıb.
Bizim.Media Ermənistan mətbuatına istinadla xəbər verir ki, onlar hökumət buinasının qarşısına toplaşaraq övladlarının qaytarılmasını tələb edirlər.
Valideynlərdən biri Asmik Qriqoryan bildirib ki, Madagiz, Cəbrayıl və Hadrutdakı döyüşlərdə iştirak edənlər yanvar ayında tərxis olunmalıdır:
"Mənim övladım bunların arasındadır. Biz uşaqlarımızın bir ay tez tərxis olunmasını istəyirik. Onlar böyük müharibədə iştirak etdilər, dostlarını itirdilər, gecəni hərbi postlarda, küçədə keçirdilər və indi məktəblərdə yerdə yatırlar".
Bizim.Media