Çobanlar yarım milyonluq heyvanları necə oğurlayıb? - Sahibkar detalları açıqladı -VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda çobanlar fermanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını sahibkardan xəbərsiz satıblar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.

Bizim.Media xəbər verir ki, fermanın sahiblərindan Firdovsi Baxışov hadisənin detalları barədə “Xəzər Xəbər”ə danışıb.

F. Baxışov deyib ki, 2 il əvvəl Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları oğurlayıblar.

Çobanlar işçiləri aldadaraq, heyvanları guya sahibkarın tapşırığı ilə apardıqlarını deyiblər:

“Fevral ayı idi, işə gəldim, gördüm ki, qapı açıqdır. Mən hər gün qapını bağlayıb gedirəm. Qapının niyə açıq olması ilə maraqlananda isə öyrəndim ki, Kəmaləddin gecə heyvanları aparıb. Dedilər ki, Adildən icazə alıb. Zəng etdim Adil müəllimə, o da dedi ki, bu məsələdən xəbəri yoxdur. Baxdıq ki, buradan 8 baş heyvan aparıb. Zəng etdik Kəmaləddinə zəng çatmadı”.

Bundan sonra hadisədən şübhələnən sahibkarlar Salyandakı daha çox sürünün olduğu fermaya gediblər. Məlum olub ki, burada olan bütün heyvanlar da oğurlanıb. Çobanlar əməllərinin izini itirmək üçün isə fermadakı kameraları sıradan çıxarıblar:
 

“Kəmaləddini axtardıq, bizə cavab vermədi. Axşam saatlarında bizim zənglərə cavab verdi və dedi ki, pulum yoxdur. “Pulu nə etmisən” deyə soruşanda da cavab vermədi və telefonu söndürdü. Heyvanlara nəzarəti Ceyhuna həvalə etmişdik. Ceyhun özünü elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur. Amma sonradan istintaqla məlum oldu ki, heyvanlar elə Ceyhunun əli ilə aparılıb. Onun bir neçə qohumu da burada çalışırdı və biz onlara əməkhaqqı ödəyirdik. Qardaşı Möhəbbət söz vermişdi ki, heyvanlar qayıdacaq. Amma biz yenə də Salyanda polisə müraciət etdik”.


Çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1377 baş heyvanı sataraq 586 min manatdan çox pulu mənimsəyiblər. Satdıqlari 44 baş müxtəlifcinsli mal, 330 baş keçi, 75 baş çəpiş, 660 baş qoyun, 230 baş quzu, 4 at olub. Bunlardan sadəcə 4 at saxlanıldıqları yerdən tapılaraq geri qaytarılıb.

Sahibkar deyib ki, bu heyvanları bazarda satsalar, milyondan yuxarı qazanc əldə edərdilər. Hazırda onların istəyi dəyən ziyanın ödənilməsidir.

Şikayət əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləri sübuta yetirilərsə, çobanları 14 ilədək həbs cəzası gözləyir.

Hazırda Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı videomatrialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

End of content

No more pages to load

RADİO