Bizim.Media xəbər verir ki, Türkiyədə Çanaqqalanın Avropa və Asiya hissəsini birləşdirəcək “1915 Çanaqqala Körpüsü”nün tağlarının hündürlüyü Parisin simvolu olan 300 metrlik Eyfel qülləsindən daha hündür olacaq.
2017-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan körpünün dənizdəki dərinliyi ilə birlikdə hündürlüyü 334 metrdir.
Dünyanın ən böyük orta uzunluqlu asma körpüsü adını alacaq körpünün inşası rəngləri, fiqurları və digər xüsusiyyətləri ilə orijinal memarlığa sahibdir.
Bizim.Media