Qayana Ayvazyan: “Paşinyan Ermənistandan deportasiya olunan azərbaycanlılara vətəndaşlıq versin”

Erməni tarixçisi, İrəvan Qədim Əlyazmalar İnstitunun əməkdaşı Qayana Ayvazyan öz facebook hesabında qalmaqallı məqalə ilə çıxış edib. O, hazırkı baş nazir Nikol Paşinyanı sülh müqaviləsinin məsuliyyətini gələcək nəsillərin üzərinə atmaqda ittiham edib.

Müəllif məqaləsində son günlərdə Füzuli hava limanının fəaliyyətə başlamasına diqqət çəkib.

Onun sözlərinə görə, Azərbaycan hava limanın sentyabr ayında fəaliyyətə başlayacağını elan etdi və dediyi vaxtda da açılışı həyata keçirdi.

Serj Sarkisyan isə illər öncə Qarabağda hava limanının açılışına cəhd göstərdi, lakin buna cəsarəti çatmadı. O, heç vaxt “kiçik idman aeroportuna” səfər edə bilmədi. Minsk Qrupunun həmsədr ölkələri Sarkisyana xəyal etdiyi təyyarədən çıxıb danışıqlar masasına qayıtmasının lazım olduğunu çox tez başa saldılar.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan ETİRAF: “Ən vacib məsələ Azərbaycanla müzakirələrə başlamaqdır”


Hava limanının ilk sərnişini isə Sarkisyan yox, Rusiya sülhməramlıları oldu. Müəllifin fikrincə, bu layihədən tək qazanan sadəcə öz CV-lərini genişləndirməklə məşğul olan Fransadakı erməni diasporasının nümayəndələri idi. 

“Niyə Paşinyanın və Koçaryanın oğlanları həlak olmadı?”

2021-ci il seçkilərində Paşinyanın qalib gəlməsinin hər kəsi şoka saldığını qeyd edən Ayvazyan, bu seçkilərin erməni cəmiyyətinin üzünə vurulan sillə olduğunu bildirir. Ermənistan müharibə cinayətkarları və məğlublar arasında seçim etməli idi və bu vəziyyətdə məğlub olanı seçmək ən əxlaqi qərar idi.
 

Nəticələr erməni cəmiyyətinin öz təbliğatının və yalanlarının qurbana çevrildiyini göstərirdi.


Sərmayə sahibi olmayan və yoxsulluqdan əziyyət çəkən erməni cəmiyyəti dərsliklərdə, xəbərlərdə, Kann festivallarında səsləndirilən milli düşüncələri bölüşmürdü. Erməni siyasi elitaları Qarabağ məsələsi ilə bağlı bəyanatları, erməni ziyalıların kitabları yalnız öz cibini düşünən kiçik ictimai-siyasi qrupların mənafeyinə xidmət edirdi. 

Ayvazyan Nikol Paşinyan və Robert Köçəryanın öz oğlanlarını nümayişkaranə şəkildə müharibəyə göndərdiklərini, lakin hər ikisinin də sağ-salamat geri qayıtdığına diqqət çəkir.

Ölən, itkin düşmüş, əsir düşən və yaralanan dörd min erməni gəncinin valideynləri, dostları, qohumları isə bu qədər şanslı deyildi.
 

“Bəs bu günki revanşist bəyanatlar, Ermənistanın rəsmi tribunalarından müharibə siyasətini davam etdirən çıxışlar kimin üçündür?”, deyə Ayvazyan qeyd edir.


“Minsk qatarı çoxdan yola düşüb”

Müəllifin sözlərinə görə, ölkəni biabırçı bir müharibəyə çəkən erməni rəsmi dairələri indi sülhdən danışırlar. Halbuki bir il əvvəl beşiklərində erməni uşaqlarının öldürülməsini bəhanə edərək hamını silahlanmağa və müharibəyə çağırdılar. Bu əsnada Qarabağ erməniləri isə geri qayıdır və Azərbaycan onları öz vətəndaşı elan edir.

Tarixçi alim qeyd edir ki, qoy, Paşinyan da Ermənistandan deportasiya olunan azərbaycanlılara vətəndaşlıq versin, sülh qurucusu olaraq əməli addımlar atsın, müharibənin nəticələrinə görə üzr istəsin. “Əsl sülh istəyi, Moskvaya qaçmaq, böyük bir qardaşın çiynində ağlamaq və şikayət etməklə deyil, məhz belə özünü göstərməlidir”, deyə o, əlavə edir.
 

Qayana Ayvazyan erməni diplomatlarının Qarabağ məsələsinin Minsk qrupunun təklifləri çərçivəsində həll etməyə çalışdığını, lakin bunun mənasız addım olduğunu qeyd edir. Onun fikrincə, artıq belə bir çərçivə mövcud deyil. Minsk qatarı çoxdan yola düşüb.


İndi həmsədrlər yalnız yeni yol xəritələrində nəzarət payı əldə etməyə çalışırlar. 30 ildir təklif olunan format artıq mövcud deyil. Ermənistan Azərbaycan ərazilərinə nəzarəti itirib və bunun üçün minlərlə həyat da qurban verib. İndi isə Ermənistan rəhbərliyi sağ qalanlardan daha kimləri öldürmək olar deyə düşünür.

“Paşinyanın tək məqsədi hakimiyyətini qorumaqdır”

Müəllifin sözlərinə görə, erməni diplomatlar yaxşı bilirlər ki, heç kim onların tələblərini yerinə yetirməyəcək. Paşinyan isə məsuliyyətli qərarlar qəbul etmək istəmir, ancaq gücü əlində saxlamağa çalışır.
 

O, sülh müqaviləsinin gec-tez imzalanması lazım olduğunu başa düşür, ancaq onu gələcək nəsillərə həvalə etmək istəyir. Ayvazyanın fikrincə, Paşinyanın tək məqsədi öz hakimiyyətini qoruyub saxlamaqdan ibarətdir.


Erməni tarixçi bu yanaşmanı ağılsızlıq olduğunu və Ermənistanın təcridini daha da gücləndirəcəyini qeyd edir.

“Bölgədəki bütün qüvvələrlə əməkdaşlıq edilmədiyi təqdirdə, Ermənistandan keçməyən yollar və hava limanları tikiləcək. Ən nəhayət Kann festivalında ermənilərin həqiqi faciəsini göstərmək mümkün olacaq”, deyə o məqaləsini yekunlaşdırır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada ən böyük mis, qızıl və gümüş yatağı bu ərazidə tapıldı

Dünyada ən böyük mis, qızıl və gümüş yatağı bu ərazidə tapıldı

Arif Əsədov: “Qələbənin böyüyü-kiçiyi olmur”

Arif Əsədov: “Qələbənin böyüyü-kiçiyi olmur”

Fərid Baxşıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Fərid Baxşıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Tramp Yaxın Şərqə niyə desant göndərib? – Üç mümkün SSENARİ

Tramp Yaxın Şərqə niyə desant göndərib? – Üç mümkün SSENARİ

Maşını yolun hərəkət hissəsində saxlayan sürücü ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Maşını yolun hərəkət hissəsində saxlayan sürücü ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xocavənd şəhərinə növbəti köç karvanı YOLA SALINDI - FOTO

Xocavənd şəhərinə növbəti köç karvanı YOLA SALINDI - FOTO

İsraildə yaşayış binası belə vuruldu – ANBAAN VİDEO

İsraildə yaşayış binası belə vuruldu – ANBAAN VİDEO

İran Trampa qarşı iki dəfə sui-qəsd cəhdi edib - SENSASİON AÇIQLAMA

İran Trampa qarşı iki dəfə sui-qəsd cəhdi edib - SENSASİON AÇIQLAMA

Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı AÇIQLANDI – FOTO-VİDEO

Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı AÇIQLANDI – FOTO-VİDEO

İrandan Azərbaycana indiyədək təxliyə olunanların SAYI - FOTO

İrandan Azərbaycana indiyədək təxliyə olunanların SAYI - FOTO

Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ

Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ

Şəmkirdə qadın dərmandan zəhərlənərək VƏFAT ETDİ

Şəmkirdə qadın dərmandan zəhərlənərək VƏFAT ETDİ

Millimiz Bolqarıstanla qarşılaşacaq

Millimiz Bolqarıstanla qarşılaşacaq

Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

“EU Reporter” nəşrində 31 Mart Soyqırımı ilə bağlı məqalə DƏRC OLUNDU

“EU Reporter” nəşrində 31 Mart Soyqırımı ilə bağlı məqalə DƏRC OLUNDU

29 il əvvəl Ulu öndər Ağ Evin xatirə kitabına nə yazmışdı? – Tarixi kadrlar – VİDEO

29 il əvvəl Ulu öndər Ağ Evin xatirə kitabına nə yazmışdı? – Tarixi kadrlar – VİDEO

İsfahanda anbar bunker əleyhinə bombalarla vuruldu – FOTO - VİDEO

İsfahanda anbar bunker əleyhinə bombalarla vuruldu – FOTO - VİDEO

Ömrü uzadan 10 qida

Ömrü uzadan 10 qida

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...

53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...

Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

SON DƏQİQƏ! Qazaxıstanda iki güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Qazaxıstanda iki güclü ZƏLZƏLƏ oldu

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

End of content

No more pages to load

RADİO