Rusiyanın Fövqəladə Hallar naziri Yevqeniy Ziniçev vəzifə borcunu yerinə yetirərkən faciəli şəkildə həlak olub.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, hadisə Arktika zonasının fövqəladə hallardan qorunmaq üzrə idarələrarası təlimlərdə baş verib.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, hadisə ilə bağlı artıq Vladimir Putinə məlumat verilib.
Qeyd edək ki, Ziniçev 18 avqust 1966 -cı ildə Sankt- Peterburqda anadan olub.
Bizim.Media