Gürcüstan parlamenti ölkə Konstitusiyasına bir sıra dəyişiklikləri nəzərədə tutan qanun layihəsini qəbul edib.
Bizim.Media xəbər verir ki, dəyişikliklərə əsasən, qarşıdakı iki parlament seçkilərində keçid həddi 5%-dən 2%-dək endirilib.
Parlamentdə fraksiya yaratmaq üçün lazım olan deputat sayı isə 7 nəfərdən 4 nəfərə endirilib.
Qeyd edək ki, ölkənin ana qanununa dəyişikliklər aprelin 19-da hakim “Gürcü Arzusu” ilə müxalifət partiyaları arasında əldə olunan razılaşmanın tərkib hissəsidir.
Bizim.Media