Bu ilin avqust ayında Azərbaycandan Gürcüstana 11 181 nəfər səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hazırladığı hesabatda bildirilir.
Qeyd olunur ki, bu göstərici üzrə Azərbaycan ilk 10 ölkə sırasında 9-cu yerdə qərarlaşıb.
Avqustda Gürcüstana ən çox səfər edənlər Rusiya (39 909), Türkiyə (34 847) və Ukraynadan (29 372) olub.
Bizim.Media