"Ermənistan rəhbərliyi artıq elan etdiyi kimi, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazırdır".
Bizim.Media xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir qrup jurnalistə bildirib.
“Lakin hazırda bu istiqamətdə heç bir iş aparılmır”, deyə o, qeyd edib.
Məmurun sözlərinə görə, Ermənistan tərəfi indi Azərbaycanın reaksiyasını gözləyir. Qriqoryan ümid edir ki, reaksiya müsbət olacaq və bu, sərhəd böhranının erkən həlli üçün işə başlamağa imkan verəcək.
Bizim.Media