Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha üç erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatında qeyd edilib.
Hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 645-ə çatıb.
Bizim.Media