“Təhsil ilinin əvvəlində heç bir distant təhsil olmayacaq. Biz maarif naziri ilə bu günlərdə görüşdük və razılaşdıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya prezidenti yanında Uşaq Ombudsmanı Anna Kuznetsova səsləndirib.
"Sentyabrın 1-dən bütün uşaqlar məktəbə gedəcəklər”.
“RİA Novosti” agentliyi Putinin səlahiyyətli nümayəndəsinin dediklərindən sitat gətirib.
Onun fikrincə, Rusiyada təhsil müəssisələri pandemiya ilə əlaqədar verilən bütün tələbləri yerinə yetirməyə hazırdır.
Bizim.Media