Rusiya Federasiyasında son gün ərzində 799 xəstə COVID -19-dan vəfat edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, ümumilikdə ölənlərin sayı 172,909-a çatıb.
Koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahın jurnalistlərə verdiyi məlumata görə, son sutkada yoluxanların sayı 20.914 artaraq 6.663.473-ə yüksəlib.
Bizim.Media