Avqustun 15-də yerli vaxtla 23:42-də Gürcüstanda zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yenə də Dmanisi rayonunun Sameba kəndi yaxınlığında baş verib. Zəlzələ 4,1 bal gücündə olub.
Qeyd edək ki, bu son həftə ərzində Gürcüstanın cənub qərbində qeydə alınan 5-ci zəlzələdi.
Dağıntı və tələfat barədə məlumat verilmir. Lakin əhali arasında narahatlıq yarandığı bildirilir.
Bizim.Media