Türkiyədə son sutkada COVID-19-dan 154 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 281 184 nəfər test edilib, onların 18 847-sinin koronavirus testi pozitiv nəticə verib, 14 426 nəfər sağalıb.
Türkiyədə indiyədək COVID-19-a qarşı 83 549 131 peyvənd tətbiq edilib.
Bizim.Media