Ermənistanın Armavir vilayətindəki Xancyan icmasının zəhərlənmiş 8 sakininin hamısı səyyar çəndən su alıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, həkimlər kənddə bağırsaq infeksiyası əlamətləri olan 30-dan çox insanı təsbit ediblər, onlardan beşi də xəstəxanaya yerləşdirilib.
Səkkiz nəfərin Armavir tibb mərkəzində müalicəsi davam edir, vəziyyətləri orta ağırdır.
Bizim.Media