Ermənistan vətəndaşı Yelena Oqanesyana məxsus Valleyton şirkəti ukraynalı iş adamı Rinat Axmetovun Rusiyanın Rostov vilayətindəki kömür mədənlərini ala bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Kommersant" öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ukraynalı sahibkar Rinat Axmetov Rostov vilayətində fəaliyyət göstərən kömür müəssisələrini – “Donskoy Antrasit”, “Sulinantrasit” və “Obuxovskaya”nı satır.
Nəşr yazır ki, mədənin potensial alıcısı Ermənistan vətəndaşı Yelena Oqanesyana məxsus olan Kipr şirkəti “Valleyton Investments Limited”dir.
Bizim.Media